Tanrı quşu gəlmədi

Tədbir haqqında

Cavid Zeynallı "Tanrı quşu gəlmədi"

"Tanrı quşu gəlmədi" tamaşası öz ilkin və həqiqi mahiyyətindən qopan, mənəvi xilasını keçmişdə, uşaqlığında axtaran Süleyman Əfəndiyevin faciəvi taleyindən bəhs edir. 
Doğulduğu kənddə onun bütün keçmiş günahlarından xəbərdar olan sonuncu adam öləndən sonra Süleyman kəndə qayıtmağa qərar verir. Kənddə onu çox şey gözləyir: doğulduğu və indi ömrünün bu ixtiyar çağında sığınmaq istədiyi ev, doğmalarının xatirəsi, həyatını məhv etdiyi qadının qisası, ondan üz döndərən Tanrı quşu... 
Süleymanın oğlu Mustafa onun kəndə qayıtmağının əleyhinədir. Bu konflikt tamaşada bir çox həqiqətlərin - yalan və günahların üzərinə işıq salır, sevgidən doğulmayan insanın bədbəxtlik girdabında necə çırpındığını tamaşaçıya göstərir.  
Süleyman həyatının acı həqiqətləri ilə üz-üzə qalıb nəhayətdə qovuşmaq istədiyi Tanrı quşunun qurbanına çevrilir. Süleyman quş dilini də bilmir. Mistik və mifik obraz olan Tanrı quşunu Allahın insana əmanəti olan vicdan hissinin ümumiləşmiş adı da hesab etmək olar. 
Yazıçı Cavid Zeynallının eyniadlı pyesi əsasında  rejissor Anar Babalının Lənkəran Dövlət Dram Teatrında quruluş verdiyi, psixoloji-dram janrında olan səhnə əsəri günah, qisas və yalan haqqındadır.

Yaş məhdudiyyəti / Dil

12+ / Azərbaycanca
Tanrı quşu gəlmədi Tanrı quşu gəlmədi

Məkan yeri
Füzuli Küçəsi 1, Bakı, Azərbaycan