Qoderzi Çoxelinin “Küknarlara məktub” tamaşasına annotasiya
Gürcü nasiri Qoderzi Çoxelinin “Küknarlara məktub” hekayəsi əsasında hazırlanmış tamaşa maraqlı mövzusu ilə diqqət çəkir.
Müharibədə yaralanmış Berinin yarasına hardansa küknar tozu düşür. Müharibədən sonra Berinin yarası sağalsa da birdən-birə çiynində küknar ağacı bitməyə başlayır. Övladı olmayan Beri küknara öz doğma balası kimi bağlanır. Beri onun ayrılmaz bir parçasına çevrilmiş küknarı qorumaq üçün öz sağlamlığı bahasına hər bir fədakarlığa gedir. Bütün bunlar azlıq edəndə isə Beri təbiətə qovuşaraq küknar ağacını yaşatmaq yolunu seçir.