Siqarev. “Ağ ölüm”
Yaş həddi: 18+
Müəllif: V. Siqarev (tərcümə və təbdil edən: Sərvər Əliyev)
Quruluşçu rejissor: Ayla Osmanova
Baş rolların ifaçıları: Nübar Novruzova (Xalq artisti), Zülfiyyə Alhüseynova, Manaf Dadaşov
Janr: psixoloji dram
Tamaşanın müddəti: 1 saat 10 dəqiqə
Övladnı böyük məhəbətlə sevən Ana, iflic olub arabaya möhtac Ata, narkotikə qurşanan Samir, artıq sevdiyi oğlandan –Samirdən hamilə olan Nərgiz çox ciddi həyati, həm də bəşəri problemlərlə qarşılaşıblar. Maddi imkansızlıq ailəni sarsıdırb. Lakin ananın qəlbində bir ümid çırağı yanıb. Bu da dünyaya gələcək nəvəsidir.
Narkoman oğulun borclandıqları adamlar evə hücum edirlər, Nərgizi aparıb zorrayırlar. Qızı apararkən Samir görsə də, qaçıb gizlənir. Bunu bilən Nərgiz oğlanın evini həmişəlik tərk edir. Samir isə gəlib anasının son pullarını alıb gedir.
Belə bir müəmma, dramatik hadisələr üstündə qurulmuş tamaşada qaldırılan problemlər əslində bütün cəmiyyəti narahat edən problemlərdir. Bu problemlərin həlli isə məhz cəmiyyətin özündən asılıdır.