“Kontrabas”
Yaş həddi: 18+
Müəllif: Patrik Züskind
Quruluşçu rejissor: İrina Perlova (Xalq artisti)
Baş rolların ifaçıları: Şövqi Hüseynov (Əməkdar artist)
Janr: mono-tamaşa
Tamaşanın müddəti: 50 dəqiqə
Ensiklopedik biliklərə malik qəhrəmanımız həyatda çox sadə mövqe sahibidir. Opera “ulduzuna” vurulan bu şəxs öz hisslərini həmin xanıma etiraf etmək istəyir. O, sakit otaqlarda belə onun səsini eşidir, məşhur ariyaları ifa edən aktrisanın gözəl səsi ilə dialoqa girir.
Bu zaman özü-özü üçün qısqanclıq səhnəsi, teatr “qalmaqalı” yaradır ki, bəlkə bunun nəticəsində məşhur ulduzla ünsiyyətdə olmaq imkanı yarandı.
Sarkazm və komik məqamlarla zəngin olan tamaşada qəhrəmanımızın yeganə ünsiyyət vasitəsi kontrabasdır.
Qəhrəmanımızın sevgilisi ilə dialoqu kontrabasla dialoq əvəz edir. Bu xoş ünsiyyəttin ən maraqlı fikir ötürümü bundan ibarətdir ki, insan birinci növbədə özü-özünə sədaqətli olmalıdır. Yalnız bundan sonra onun ətrafdakılara sədaqətini dəyərləndirmək olar.