“Şeyx Sənan”
Yaş: 18+
Müəllif: Hüseyn Cavid
Quruluşçu rejissor: Cənnət Səlimova (Xalq artisti)
Baş rolların ifaçıları: Leyli Vəliyeva (Əməkdar artist), Şövqi Hüseynov (Əməkdar artist)
Janr: faciə
Tamaşanın müddəti: İki hissəli: I hissə - 1 saat 5 dəqiqə
II hissə - 35 dəqiqə
Görkəmli dramaturqun əslində böyük toleorantlıq ideyası ilə yazdığı bu pyesdə mənəviyyatlar savaşı ilə insanlar üz-üzə dayanmışlar. Böyük Cavid sülhpərvər duyğularına həm də İlahi sevgi və onun əbədiliyi ideyasını qataraq gözəl bir pyes yazmışdır. Faciə janrında olan pyes və onun əsasında hazırlanmış tamaşaya baxan hər tamaşaçı özünün belə bir qənaətini dəqiqləşdirməyə çalışır: yaşadığım bu dünyada düzmü mövqe tutmuşam? İnsanlığa, bəşəriyyəttə nə dərəcədə xeyrim dəyib?
Öz ilk eşqi yolunda əzizlərindən, dinindən keçən Şeyx Sənan hətta donuz tövləsini təmizləməyə, boynundan xaç asmağa belə razılaşır. Lakin mövhumat və dini ayrıseçkilik hərisləri onu Xumarına qovuşmağa mane olurlar. Ona görə də iki sevgili xilas yolunu intiharda görürlər.