30 yanvar 2025-ci il tarixində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında, mahnıları dillər əzbəri olan bəstəkar Tofiq Quliyevin yaradıcılığına həsr olunmuş konsert proqramı təşkil ediləcək. Konsertdə bəstəkarın ən populyar mahnıları teatrın instrumental ansamblının müşayiəti ilə solistlərin ifasında səslənəcək. Ansamblın rəhbəri isə Mirxalid Salayev olacaq.