Şelkunçik

Tədbir haqqında

BALETİN  QISA MƏZMUNU

I pərdə 

Birinci şəkil. Kiçik şəhərcikdə bayram əhval-ruhiyyəli meydan. Maşa valideynləri ilə gəlir. Çox gözəl, nağılvari bir yolkanın işıqları yanır. Valideynlər uşaqlarına milad hədiyyələri paylayırlar. Hamı sevinir.  

Drosselmeyer Santa-Klaus paltarında gəlir. Uşaqlar onu dövrəyə alırlar. O böyük qutudan oyuncaqları götürüb uşaqlara paylayır. Onlar Maşa üçün maraqlı deyil, o darıxır. Drosselmeyer ona Şelkunçiki verir. Maşa çox sevinir. Bu eybəcəri görən böyüklər və uşaqlar gedirlər. Maşa Şelkunçiki incə qəlbli zərif qəhrəman kimi qəbul edir və onunla rəqs etməyə başlayır. Böyüklər və uşaqlar gələndə Şelkunçik gözlənilmədən sınır. Maşa Santa-Klausdan yardım istəyir. Santa-Klaus kostyumunu atarkən Maşa onun Drosselmeyer olduğunu görür. Drosselmeyer Şelkunçiki canlandırır.

İkinci şəkil. Maşanın otağı. Yolkanın altındakı oyuncaqlar arasında Şelkunçik da vardır. Maşa onları yatırdır. Hamı yuxuya gedir.

Drosselmeyer gəlir. O, Siçanlar şahı və Şelkunçiki döyüşdürür və bununla Maşanı yeni sınaqlara çəkir. Maşa qorxusunu dəf edərək qeyri-bərabər döyüşdə Şelkunçikin köməyinə gəlir.

Drosselmeyer döyüşü saxlayır, Şelkunçiki gözəl şahzadəyə çevirir. Onlar artıq böyümüş Maşa ilə canlanan təbiətin  qoynuna səyahətə yollanırlar. Qar dənələri Maşa və Şahzadəni  macəralarla dolu səyahətdə əyləndirir. Burada onları yeni sınaqlar gözləyir.

 

II pərdə 

Təbiət oyanır və nəfəs almağa başlayır. Drosselmeyer, ardınca Maşa və Şelkunçik digər oyuncaqlarla birlikdə gəlirlər. Siçanlar şahı əyanları ilə birlikdə onları təqib edir. Təkbətək döyüşdə cəsur Şelkunçik Siçanlar şahına qalib gəlir. Drosselmeyer çox xoşbəxtdir, çünki onun arzuları həyata keçmişdir.

Yaş məhdudiyyəti / Dil

6+
Şelkunçik Şelkunçik

Məkan yeri
Bülbül prospekti 35, Bakı, Azərbaycan