Cəlil Məmmədquluzadənin “Çay dəstgahı” adlı pyesi əsasında
Xanla xanım çaydan zəhərləndiyinə görə müqəssir axtarılır. Alleqorik personajlar öz aralarında bu hadisəyə səbəb olan günahkarı axtararaq günahsız birini ittiham edir və onu qurban verirlər.
Toy anlamayana toy tuturlar! Bəşər övladının həyatı ümumi şəkildə doğumun və ölümün sərhədində varolan təfərrüatlardan ibarətdir. Həyatımızın önəmli və əsas hadisələrindən toy və yas mərasimindəki həssaslığımız, duyğularımızın “dəm-dəstgah”ı içərisində özünüdərk mərhələsi, gəlimli-gedimli, bir ucu ölümlü dünya anlayışlarının duallığı çərçivəsində həyatımızı virtual bir oyun kimi davam etdirməli oluruq.