Love Butik

Tədbir haqqında

Jalə İsmayıl
Pyesin adı: Ametist xanım və Apatit bəy
Tamaşanın adı: Love Butik
Janrı: Psixoloji Dram
4 nəfər iştirakçı var.
Pyesdə hadisənin əsas məğzi kişi və qadın münasibətlərindəki çarpaz və təzadlı fikirləri özündə
ehtiva edir. Mövzunun əsas qayəsi duyğular və şüurun (həmçinin eqonun) biri-birinə zidd
olmasıdır. Hasil olan nəticə budur ki, kişi və qadın nə qədər fərd olaraq biri-birindən qopmaq
istəsə də bu mümkün deyil. Çünki onlar bir bütündür, ayrılıqda hər şey yarımçıq qalır.
Bəşəriyyətin nüvəsi kişi və qadın tandemidir. Pyesdə münasibətlər də bunun üzərində qurulub.
Obrazların adı Kişi və Qadın olaraq mənalanıb. Fakt olaraq insan əsas götürülüb. Təsadüfi deyil
ki, hər ikisi geolqdur. Bu da Yerə və Təbiətə işarədir. Kişi və qadın nə qədər ziddiyət təşkil
etsələr də təbiət onları biri-birinə məhkum edib. Onlar ayrılıblar. Ruhən qopa bilmirlər.
Hadisə bir bir geyim dükanında (gecə) baş verir. Mövzu aktualdır

Yaş məhdudiyyəti / Dil

6+ / Azərbaycanca
Love Butik Love Butik

Məkan yeri
Füzuli Küçəsi 1, Bakı, Azərbaycan