Dəli Domrul

Tədbir haqqında

“Dəli Domrul” tamaşası Altay Məmmədovun “Kitabi – Dədə Qorqud” dastanının  "Duxa Qoca oğlu Dəli Domrulun boyu" əsasında qələmə aldığı eyni adlı pyesi əsasında 2019–cu ildə hazırlanmışdır. 
Dünyanın faniliyi, məhəbbətin ucalığı tamaşada ön plana çəkilmişdir. Tamaşa meydan üslubunda hazırlanmışdır.
Tamaşanın quruluşçu rejissoru Respublikanın Əməkdar artisti Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.  
Tamaşanın müddəti 1 saat 10 dəqiqədir.
Yaş həddi – 15 +ir.

Yaş məhdudiyyəti / Dil

6+ / Azərbaycanca
Dəli Domrul Dəli Domrul

Məkan yeri
Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 48