Rusdilli tamaşaçıları unutmayan yaradıcı heyət Mirmehdi Seyidzadənin məşhur "Cırtdan" nağılı əsasında “Üç cəsur” adlı maraqlı tamaşa hazırlayıb.
Ağıllı və cəsur Cırtdanın başın gələn həyəcanverici və bir az da tragikomik hadisələr fərqli texnikalardakı kuklalar ilə özünün yeni ifadə formasını tapıb.
Cırtdan, Hadı və Bıdının sıx dostluğu üzərində qurulan səhnə işinə yeni obrazlar əlavə edilsə də klassik ana xətt saxlanılmaqla müasir səhnə həllinə nail olunub.