“Qafqazlı qardaşqızı” tamaşası Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rus bölməsində hazırlanan maraqlı tamaşalardan biridır.
SSRİ Xalq artisti, məşhur bəstəkar Rauf Hacıyevin eyniadlı operettası əsasında ərsəyə gələn bu səhnə əsərinin quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əli Usubovdur.
Rauf Hacıyevin musiqisi, sevgi və intriqadan ibarət maraqlı süjeti, incə, məntiqli yumoru ilə seçilən “Qafqazlı qardaşqızı” operettası indiyə qədər Moskva, Sankt-Peterburq, Riqa, Nalçik, Volqoqradın musiqili teatrlarında səhnəyə qoyulub.
Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysterləri Əməkdar artistlər Leyla və Zakir Ağayevlər, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Tamilla Aslanovadır.
Səhnə əsərinin premyerası 25 sentyabr 2015-ci ildə oynanılmışdır.