“Red Bull Car Park Drift Azerbaijan 2024”

Tədbir haqqında

9 iyun tarixində saat 14:00-da Dövlət Bayrağı Meydanının parkinq ərazisində dünyanın ən həyəcanlı drift yarışlarından biri olan “Red Bull Car Park Drift”in Azərbaycan üzrə Milli finalı keçiriləcək. Seçiləcək qalib, yəni ən yaxşı drifter, 25 ölkənin qatılacağı “Red Bull Car Park Drift”in Dünya Finalında Azərbaycanı Omanda təmsil etmək üçün yola düşəcək.

 “Red Bull Car Park Drift” yarışında ən bacarıqlı 16 nəfər iştirakçı Milli Final mərhələsinə yüksələcək. Burada isə, beynəlxalq münsiflər heyəti maneələri ustalıqla keçən və ən yaxşı drift göstərən iştirakçını maksimum balla qiymətləndirməklə qalib elan edəcək.

2012-ci ildə Abu-Dabidə ən uzun drift edərək adını Ginnesin Rekordlar Kitabına yazdıran dünya şöhrətli Abdo Feqali də yarışda iştirak edənlərə dəstək olmaq üçün növbəti dəfə Bakıya gələcək.

Tədbirin xüsusi qonağı populyar ifaçı Orxan Zeynallı olacaq. O, öz tanınmış hitləri ilə drift trekində çıxış edəcək.

Yaş məhdudiyyəti / Dil

0+
“Red Bull Car Park Drift Azerbaijan 2024” “Red Bull Car Park Drift Azerbaijan 2024”