“Çirkin ördək balası”
Yaş həddi: 3+
Müəllif: Hans Xristian Anderson (Səhnələşdirən Nicat Kazımov)
Quruluşçu rejissor: Nicat Kazımov (Əməkdar artist)
Baş rolların ifaçıları: Leyli Vəliyeva (Əməkdar artist), Hüsniyyə Əhmədova, Anar Seyfullayev, Araz Pirimov
Janr: alleqoriya
Tamaşanın müddəti: 1 saat 15 dəqiqə
Ana ördəyin balalarından biri çirkin olur. Heç kəs ona baxmaq, onunla oynamaq istəmir. Qonşular ördək balasını uzaqlaşdırmaq üçün bəhanələr uydururlar. Yeganə müdafiəçisi olan Ana ördək də bu yalana inanır. Onu qovurlar.
Ördək balası ac-susuz, soyuqda qalıb əziyyət çəkir. O, özünü atılmış və tənha hiss edir. Lakin yer üzünün yaxşıları hesabına, o, xilas olur. Xilaskarlar Durna simasında gəlib onu öz dəstələrinə qatırlar. Çirkin ördək balası gözəl bir durnaya çevrilir. Hamı ona həsədlə, heyrətlə baxır.
Müəlliflər zahirən deyil, ürək, münasibət gözəlliyini üstün tutur və bunu təlqin edirlər.
Tamaşa gözəl bədii təsvir vasitələri ilə, həm də xoreoqrafiq elementlərlə müşahidə olunur.