“Balaca və damda yaşayan Karlson”
Yaş həddi: 3+
Müəllif: Astrid Lindqren (Tərcüməçi Pərvin Nurəliyeva)
Quruluşçu rejissor: Tatyana Şevçenko (Ukrayna)
Baş rolların ifaçıları: Anar Seyfullayev, Elgün Yəhyayev
Janr: uydurulmuş hadisə, alleqorik
Tamaşanın müddəti: bir hissəli: 1 saat 20 dəqiqə
Balaca öz xəyal dünyasında dostluq etmək istədiyi bir xeyirxah sorağındadır. Bu, damda yaşayan Karlson olur. Onun Karlsonla dostluğuna kimsə inanmır. Anası, bacısı Betan onu xəyalpərvər sayırlar. Lakin nəticədə Karlson onların da gözünə görünür. Başa düşürlər ki, Balaca düzdanışan, kimsəni aldatmayan, xeyirli işlərlə məşğul olmağa çalışan bir uşaqdır. Elə tamaşanın qayəsi də bu fikrin özündən çözülür.