“Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” adlı sərgi

Tədbir haqqında

Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisi keçirilir. Sərgidə ABŞ vətəndaşı Əmir Oskoueinin kolleksiyasından XVII-XVIII əsrlərə aid 14 unikal xalça və bədii tikmə nümayiş olunur. Sənət əsərləri sırasında dünyaca məşhur “Əfşan”, “Qoca”, “Xətai” kompozisiyalı saray xalıları xüsusi yer tutur.

Azərbaycanda istehsal edilən unikal xalçalar keyfiyyətinə və bədii xüsusiyyətlərinə görə dünyada daim yüksək dəyərləndirilib. Qərbin yüksək zövqlü əsilzadələri əsrlər boyu xalqımızın yaratdığı əsrarəngiz xalçaları toplayır, onlarla sarayları, malikanələri, dini abidələri bəzəyirdilər. Dünyanın bir çox məşhur muzeylərində və şəxsi kolleksiyalarda qorunan Azərbaycan dekorativ-tətbiqi sənət nümunələrinə, o cümlədən XVII-XVIII əsrlərə aid xalçalara bu gün də böyük maraq göstərilir.

Bu önəmli layihə çərçivəsində Təbriz miniatürlərindəki saray xalçaları haqqında süni intellekt vasitəsilə hazırlanmış videoçarx da göstərilir. Təqdimatda XVI-XVII əsrlərə aid Səfəvi dövrü saray xalçalarının yaradılması prosesi müasir texnologiya və tarixi sənətkarlığın vəhdətində nümayiş etdirilir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, “Amir Textiles and Rugs” MMC-nin təşkilatçılığı, bp Azərbaycanın baş sponsorluğu, ABŞ-Azərbaycan Ticarət Palatası və “Silk Way West Airlines” şirkətinin dəstəyi ilə baş tutan sərgi 2025-ci il mayın 10-dək davam edəcək.

 

 

Muzey kassasının iş vaxtı
Çərşənbə axşamı – Cümə: 10:00-18:00
Şənbə – Bazar: 11:00-19:00

Ekspozisiyanın iş vaxtı
Çərşənbə axşamı – Cümə: 10:00-19:00
Şənbə – Bazar: 11:00-20:00







Yaş məhdudiyyəti / Dil

0+ / Multilingual
“Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” adlı sərgi “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” adlı sərgi

Məkan yeri