Türkiyənin tanınmış rok qrupu "Mor ve Ötesi" Bakıda İlk Dəfə Simfonik Orkestra İlə!
"Bir derdim var", "Oyunbozan", "Deli" kimi ilə ifaları ilə milyonların sevgisini qazanan qrup "Mor ve Ötesi" 14 dekabr tarixində Bakı Konqres Mərkəzində məşhur orkestra şefi Orçun Orçunselin rəhbərliyi və "Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri"nin müşayiəti ilə sevənlərinin qarşısında çıxış edəcək.
Tədbir qonaqları “Sürətli Keçid” xidmətini əldə etməklə Bakı Konqres Mərkəzinin B girişindən Mərkəzin ərazisinə daha rahat və sürətli keçid edə bilərlər. Bu əlavə xidmət bileti tədbirə giriş üçün nəzərdə tutulmayıb. Tədbirə daxil olmaq üçün tədbir bileti əldə etmək zəruridir.
Tədbir qonaqları “Sürətli keçid + Avto dayanacaq” xidmətini əldə etməklə Bakı Konqres Mərkəzinin Təbriz küçəsi tərəfindən B girişinin önündə məhdud sayda olan dayanacaqdan istifadə edə bilərlər.