Məşhur Yuri Nikulin Sirki Bakıya qayıdır
Bakı Dövlət Sirkinin təşkilati dəstəyi ilə Moskvanın Svetnoy Bulvardakı məşhur Yuri Nikulin Sirki 10 ildən sonra yenidən, mart ayının 15-dən etibarən Bakıya gəlir.
Sirk proqramında Yuri Nikulin Sirkinin dünyaca məhşur, müxtəlif festivallarda mükafatlara layiq görülən artistləri çıxış edəcək. Macəra dolu sirk proqramında akrobat, gimnast və ekvilibristlər sizi heyran edəcəklər. Klounlar isə sizi ürəkdən güldürəcək.Əyləncə dolu sirk şousunda sözəbaxan ayı, it, meymun və su heyvanları sahiblərinin onlara verdiyi tapşırıqlarını mehribanlıqla yerinə yetirib, sadiq dost olduqlarını sərgiləyəcəklər.
Həm uşaq və həm də böyüklər üçün olan proqram rəqqasların hər nömrədən öncə göstərdikləri unikal rəqsləri ilə də yadda qalan olacaq. Gözoxşayan fərqli kostyumlar və səhnə dekorları məşhur Yuri Nikulin Sirkinin müasir standartlarına uyğun qurulub.
Proqram Bakı İdman Sarayında (Əl Oyunları Sarayı) nümayiş ediləcək.
Biletlərin qiymətləri isə 11 - 40 AZN arasında dəyişir.